"Zəka açarı – Mental arifmetika və sürətli oxu klubu” qrant layihəsi çərçivəsində bağlanış tədbiri keçirilmişdir

"Zəka açarı – Mental arifmetika və sürətli oxu klubu” qrant layihəsi çərçivəsində bağlanış tədbiri keçirilmişdir

Layihə çərçivəsində şagirdlərdə sürətli hesablama və sürətli oxu bacarıqlarının inkişafına yönəlmiş xüsusi təlim proqramının həyata keçirilmişdir. Bu məqsədlə Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbin 4-cü siniflərində oxuyan 30 şagird layihəyə cəlb olunmuş və ixtisaslı təlimçi tərəfindən həftədə iki saat olmaqla məşğələlər təşkil olunmuşdur. Proqram təhsil sistemində inkişaf etmiş ölkələrdə sınaqdan keçirilmiş və effektivliyi sübut olunmuş metodologiyalara əsaslanır. Bu məqsədlə  layihədə şagirdlərin məntiqi düşünmə, diqqət toplama və zehni çeviklik kimi bacarıqlarının gücləndirilməsinə yönəlimiş fəaliyyətlər və təlim məşğələləri təşkil olunmuşdur.

Xatırladırıq ki, “Zəka açarı – Mental arifmetika və sürətli oxu klubu” qrant layihəsi Səidə Şükürova tərəfindən Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta ümumtəhsil məktəbində təşkil edilmişdir. Layihənin məqsədi şagirdlərdə riyazi savadlılığın artırılması, sol beyin yarımkürəsinin inkişaf etdirilməsi, diqqət yayınmalarının idarə olunması, eyni zamanda sürətli oxu və oxuyub-anlama bacarıqlarının təkmilləşdirilməsidir.