Şəhid İbarət Əkbərovun Şərəfli Həyat Yolu və Qəhrəmanlığı
İbarət Əkbərov 21 may 1993-cü ildə Yardımlı rayonunun Mirimli kəndində anadan olmuşdur. İlk təhsilini Məlikli kənd orta məktəbində almış, ailəsi Cəlilabad rayonunun Privolnoye kəndinə köçdükdən sonra təhsilini E. Hüseynov adına tam orta məktəbdə davam etdirmişdir.
Vətənə sevgisi onu Azərbaycan Ordusunda xidmətə aparmış, 2020-ci il Vətən müharibəsində Füzuli uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərmişdir. Sentyabrın 28-də və oktyabrın 2-də yaralansa da, döyüşləri davam etdirmiş, “Ohanyan səddi”nin yarılmasında iştirak etmiş, qısa müalicədən sonra yenidən cəbhəyə qayıtmışdır. İbarət Əkbərov 12 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Onun uşaqlıqdan gələn cəsarəti və Vətən sevgisi hər kəsə nümunə idi. Atasının xatirəsinə görə, o demişdi: “Qarabağda atam yox, özüm sizə gücümü göstərəcəyəm!” – və bu sözünü şərəflə doğrultdu.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” təltifləri ilə Vətənə Görə 3 cü dərəcəli orden mükafatlandırılmışdır.
İbarət Əkbərov iki övlad atası idi. Bu gün onun ailəsi, yaxınları və bütün xalqımız onunla qürur duyur. Şəhidimizin əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.
Bu tədbirdə iştirak edən şəhid ailələri, qazilər, ərazi nümayəndələri, məktəblilər, kənd sakinləri, mədəniyyət işçiləri və foto-operator İqamət Sadiqli olaraq bir daha bildiririk ki, şəhidlərimizin xatirəsi hər zaman uca tutulacaq
Admin