Cəlilabad RMX-nın Qəbul şöbəsi nə üçün həkimsiz qalıb?

Cəlilabad RMX-nın Qəbul şöbəsi nə üçün həkimsiz qalıb?

Bu gün saat 19:00 dan Cəlilabad rayon Mərkəzi xəstaxanasının qəbul şöbəsində oldum, cox saylı vətəndaşların şikayətlərini dinlədim və belə məlum oldu ki, qəbul şöbəsində xəstələrə ilkin tibbi yardım göstərmək üçün bir nəfər ixtisaslı növbətçi həkim tapılmadı, şikayətlərin nə dərəcədə doğru olmasını dəqiqləşdirmək məqsədilə saat 21:00-da yenidən qəbul şöbəsinə gəldim.

Deyilənlərin tam doğru olduğunun şahidi olduq, həqiqətəndə qəbul şöbəsində Növbətçi həkim yoxdur.

Səbəbini araşdırmaq üçün qəbulda olan tibb bacılarına yaxınlaşdıq onlarda susdular heç bir cavab ala bilmədik.

Növbəti yazımızda həkimlərin hansı sabablərə görə işə çıxması barədə geniş yazı təqdim edəcəyik

TarTv.Az