“Yaradıcı Zərif Əllər” festivalı uğurla keçirilib-FOTO
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Rayon İcra Hakimiyyəti və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Yaradıcı Zərif Əllər” adlı festival uğurla keçirilib.
İznedia.az xəbər verir ki, tədbirdə peşə təhsili müəssisələrinin tələbələri, ümumtəhsil məktəblərinin peşə təmayüllü siniflərinin şagirdləri, mədəniyyət klublarının xalq sənətkarlığı ilə məşğul olan üzvləri, kənd təsərrüfatına maraq göstərən gənc xanımlar, bacarıqlı bərbərlər, istedadlı kulinar və aşpazlar, yaradıcı dizaynerlər, eləcə də məsuliyyətli traktorçu və peşəkar dərzi xanımlar iştirak ediblər.
Festival çərçivəsində infotur təşkil olunub, iştirakçıların əl işlərindən ibarət yaradıcılıq sərgiləri nümayiş etdirilib, milli mətbəx nümunələri təqdim edilib. Eyni zamanda fəal və fərqlənən xanımlar mükafatlandırılıb, onlara hədiyyələr təqdim olunub. Tədbirin bədii hissəsində gənc istedadların iştirakı ilə konsert proqramı təşkil edilib və izləyicilərə xoş anlar bəxş olunub.
Festival qadınların cəmiyyətin müxtəlif sahələrində fəallığının, yaradıcılıq potensialının və peşə bacarıqlarının nümayişi baxımından əlamətdar olub.
İzmedia.az
Admin