12 dekabr 2024-cü il tarixində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müstəqil və müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsi hörmətlə anlıb

12 dekabr 2024-cü il tarixində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müstəqil və müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsi hörmətlə anlıb

12 dekabr 2024-cü il tarixində Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında müstəqil və müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. 

Tədbirdə Cəlilabad RMX-nın direktoru, direktor müavinləri və tibb müəsissəsinin kollektivi iştirak ediblər. 

Tədbirin açılışında Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib, Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş etdirilib. 

Tədbiri giriş sözü ilə açan Cəlilabad RMX-nın direktoru t.ü.f.d. Namiq Həsənov Dövlət müstəqilliyimizin qorunub saxlanılması, ölkəmizdə ictimai-siyasi sabitliyin bərqərar olunması, milli dövlətçiliyimizin möhkəmləndirilməsi, bütün sahələrdə tərəqqiyə nail olunması, o cümlədən səhiyyənin inkişafı üzrə tədbirlər kompleksinin əsas məqamlarında Ümummilli lider Heydər Əliyevin əvəzsiz rolunu nəzərə çatdırıb. 

Daha sonra İlkin səhiyyə xidməti üzrə direktorun müavini Könül Əliyeva, Poliklinika şöbəsinin müdiri Nəzakət Nəzərli, həkim-travmatoloq Elnur Aslanov, Alar ASM-in müdiri Əfrahim Hüseynov çıxış edərək Heydər Əliyevin səhiyyə sahəsində apardığı mühüm işlərin rolundan, səhiyyə sahəsinə olan diqqəti və dəstəyi nəticəsində bir sıra mühüm layihələr həyata keçirilməsindən, o cümlədən Ümummilli liderimiz Heydər Əliyevin xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasında, milli mədəniyyətimizin inkişafında, xalqın adət-ənənələrinin zənginləşdirməsində əvəzsiz rolundan danışıblar.

Sonda Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi dərin hörmət və ehtiramla anılıb, abidəsi önünə gül dəstələri

düzülüb.