"Ölüm də gözəlin seçər..." - Gülbala Teymurun Şükrana həsr etdiyi şeiri...

"Ölüm də gözəlin seçər..." - Gülbala Teymurun Şükrana həsr etdiyi şeiri...

Tanınmış şair Gülbala Teymur faciəvi şəkildə dünyasını dəyişən şair dostumuz Sakit Üçtəpəlinin qızı Şükran İsayevanın xatirəsinə şeir həsr edib.

TarTv.Az həmin şeiri təqdim edir:

Dünyadan vaxtsız köçmüş gözəl balamız Şükranın əziz xatirəsinə

Yay, yaz ömrün baharıdı,

Payız, tək xəzəlin seçər.

Yazıb, yazıb, ustalaşar,

Şairlər qəzəlin seçər.

Eh, nə deyim sənə, fələk,

Nə ağlayaq, necə gülək?

Tor qurursan oğrular tək,

Bağında xar gülün seçər.

Birindən can qoparanda,

Dedin alış, dedin yan da.

Bu dünyadan aparanda,

Ölüm də gözəlin seçər.