Biləsuvarda keçirilən Hind Quşu Festivalında Dövlət Bayrağımıza hörmətsizlik iddiası narazılıq yaradıb

Biləsuvarda keçirilən Hind Quşu Festivalında Dövlət Bayrağımıza hörmətsizlik iddiası narazılıq yaradıb

Biləsuvar rayonunda keçirilən növbəti Hind Quşu Festivalı maraqlı proqramı və rəngarəngliyi ilə seçilsə də, tədbirdə Azərbaycan Respublikasının Dövlət Bayrağının nümayiş etdirilməməsi ictimai müzakirələrə səbəb olub.

Festivalda iştirak edən vətəndaşların sözlərinə görə, tədbir boyu festival məkanında nə bayraq dirəklərində, nə də səhnə dekorasiyasında Dövlət Bayrağına rast gəlinməyib. Bu isə festivalın rəsmi statusu, kütləvi iştirakçı sayı və ictimai əhəmiyyəti nəzərə alınaraq ciddi narazılığa səbəb olub.

Məsələ ilə bağlı təşkilatçı tərəfə müraciət edən ziyarətçilər bildirirlər ki, məsul şəxs kimi göstərilən Həsənova Fəxrəndə iradlara qeyri-peşəkar yanaşıb və “gedin işinizlə məşğul olun” kimi uyğun olmayan cavab verib. Bu münasibət tədbirdə iştirak edən vətəndaşlar tərəfindən həm etik, həm də təşkilati baxımdan qəbuledilməz sayılıb.

Qeyd edək ki, Dövlət Bayrağı Azərbaycan Respublikasının ən ali rəmzlərindən biridir və kütləvi tədbirlərdə onun nümayişi həm hüquqi, həm də mənəvi baxımdan zəruri hesab olunur. Bayrağın tədbirdə yer almaması, xüsusilə də dövlət sirrketləri, qurumları və yerli icra nümayəndələrinin iştirak etdiyi festival kontekstində, ciddi təşkilati boşluq kimi qiymətləndirilir.

İctimaiyyət nümayəndələri məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılmasını, gələcək festivallarda bu kimi halların təkrarlanmaması üçün müvafiq tədbirlər görülməsini tələb edirlər