Cəlilabad şəhər Vətən Muharibəsi Qəhrəmanı Rəşad Abdullayev adına 2 saylı tam orta ümumtəhsil məktəbində Elm və Təhsil nazirliyinin təhsildə inkişaf, innovasiyalar üzrə IX qrant müsabiqəsinin qalibi olmuş

 "Zabit Akademiyası-Hərbçi Gənclər Klubu"layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Qazilər, Məktəb rəhbərliyi, müəllimlər, Lənkəran-Astara regional gənclər və idman nazirliyinin əməkdaşları, şagirdlər, təlim iştirakçıları iştirak edib. Tədbir Azərbaycan respublikasının dövlət himni oxunması və dövlətçilik, vətən torpaqlarının azadlığı uğurunda şəhid olan şəhidlərimizi 1 dəqiqəlik sükutla yad edilib. Layihə rəhbəri Toğrul Rizvanli keçirilən təlimlər haqqında məlumat verib, təlimdə iştirak edən şagirdlərin təlim dövründə hərbiyə olan maraqları, bilikləri daha da artmasından danışıb. Vətən Muharibəsi iştirakçısı qazi polkovnik-leytenant Kamil Diniyev çıxış edərək savadlı zabit kadrlarının hazırlanması üçün şagirdlərə Cəmşid Naxçıvanski adına hərbi liseyin önəmindən danışıb. Digər qonaqların çıxışları dinlənilib və sonda şagirdlər təltifnamə ilə təltif olunub.