Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Polad Qarayev ilə tələbələrin görüşü keçirilib
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Polad Qarayev ilə tələbələrin görüşü keçirilib.
TarTv.Az xəbər verir ki, görüş zamanı narkomaniya ilə mübarizə, erkən nikahların fəsadları, qanunçuluğa hörmət, sağlam həyat tərzi və gənclərin hüquqi maarifləndirilməsi mövzularında ətraflı çıxış edilib.
Polis rəisi gəncləri cəmiyyət üçün faydalı, məsuliyyətli və hüquqa hörmət edən vətəndaşlar olmağa çağırıb.
Tədbir qarşılıqlı sual-cavab formatında davam edib, tələbələri maraqlandıran məsələlərə aydınlıq gətirilib.
Bildirilib ki, bu cür görüşlərin keçirilməsində məqsəd gənclərin təhlükəli vərdişlərdən uzaq tutulması, hüquqi biliklərinin artırılması və sağlam gələcəyin formalaşdırılmasıdır.
Admin