Göytəpə Polis Bölməsinin rəisi polis polkovnik leytenant Asif İmanov AZƏRBAYCAN RESPUBLİKASI SƏRHƏD MÜHAFİZƏSİNİN 100 İLLİYİ yubiley medalı ilə təltif olunub

Göytəpə Polis Bölməsinin rəisi polis polkovnik leytenant Asif İmanov AZƏRBAYCAN RESPUBLİKASI SƏRHƏD MÜHAFİZƏSİNİN 100 İLLİYİ yubiley medalı ilə təltif olunub

Dövlət Sərhəd Xidmətinin rəisi general polkovnik Elçin Quliyev cənablarının 0202 nömrəli 14.08.2024-cü il tarixli əmri ilə Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə Polis Bölməsinin rəisi polis polkovnik leytenant Asif Saday oğlu İmanov işində göstərdiyi əzm və fədakarlığa görə AZƏRBAYCAN RESPUBLİKASI SƏRHƏD MÜAFİZHƏSİNİN 100 İLLİYİ yubiley medalı ilə təltif olunmuşdur.

Medalı Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsinin rəisi cənab Rauf Abdullayev təqdim etmişdir. Möhtərəm Cənab Prezidentin həyata keçirtdiyi islahatlar içərisində xüsusi yer tutan Daxili İşlər orqanlarında həyata keçirilən yeniliklər, dəyişikliklər və islahatlar onun fəaliyyətini zamanın tələblərinə və çağrışlarına uyğun şəkildə qurulmasında ciddi rol oynamaqdadır. Bu baxımdan Daxili İşlər naziri, General Polkovnik Vilayət Eyvazovun fəaliyyəti xüsusi olaraq yüksək qiymətləndirilməlidir. Bunun göstəricisi olaraq, polis polkovnik leytenantı Asif İmanov Cəlilabad RPŞ-nin rəisi, polis polkovniki cənab Polad Qarayev tərəfindən də bir sıra təltiflər olunmuşdur. Prezident, Ali Baş Komandan İlham Əliyevin narkomaniya kimi bəlanın bütün təzahürlərinə qarşı prinsipial və barışmaz mövqeyinin göstəricisi olaraq, Cənab polkovnik leytenant Asif İmanov dövlət siyasətinin ən prioritet istiqamətlərindən biri olan narkomaniyaya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı apardığı mübarizəsi danılmazdır.

Bu səbəbdən ictimaiyyət adından çox hörmətli cənab polkovnik leytenantı Asif İmanovu səmimi qəlbdən təbrik edir, şərəfli peşəsində uğurlar diləyirik.