Azərbaycan polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib

Azərbaycan polisi şərəfli bir yol keçərək, Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət edib, dövlətçiliyin əsas sütunlarından birinə çevrilib

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin diqqət və qayğısı sayəsində davamlı inkişafda olan daxili işlər orqanları ölkədə cinayətkarlığa, onun transmilli növlərinə qarşı mübarizədə, asayişin və təhlükəsizliyin təmin olunmasında önəmli xidmətləri ilə seçilir.

Vətəndaşların hüquq və azadlıqlarının keşiyində ayıq-sayıq dayanan polis əməkdaşları vətənimizin ərazi bütövlüyü uğrunda gedən mübarizədə də fəal iştirak ediblər. 

Cəlilabad rayon Polis Şöbəsinin rəisi Polad Qarayev, rəis müavini Cavid Məmmədov və əməkdaşları da son zamanlar məktəblilər arasında zərərli vərdişlər, eyni zamanda narkomaniya ilə bağlı geniş maarifləndirmə işləri aparır.

Həmçinin son zamanlarda polis əməkdaşlarından aldığımız məlumata görə, bəzi qazilər idarə etdikləri maşınlarla qanuna zidd hərəkətlər edirlər. Polis əməkdaşları bu sahədə də təmkinlə onlarla maarifləndirici söhbətlər aparır. 

Polis əməkdaşları 24 saat xalqımızın xidmətindədir!