Admin Jan 14, 2026 0 263
Admin Sep 21, 2024 0 201
Admin Sep 15, 2024 0 131
Tural Aug 13, 2024 0 176
Admin May 29, 2024 0 201
Admin May 8, 2026 0 50
Admin Apr 17, 2026 0 88
Admin Mar 22, 2026 0 54
Admin Jan 24, 2026 0 365
Admin Jan 14, 2026 0 427
Admin Jan 13, 2026 0 50
Admin Nov 23, 2025 0 160
Tural Jan 23, 2025 0 117
Admin Jan 11, 2025 0 158
Tural Dec 29, 2024 0 127
Admin Feb 1, 2026 0 104
Admin May 29, 2025 0 476
Tural Feb 26, 2025 0 192
Tural Jan 19, 2025 0 165
Tural Jan 10, 2025 0 135
Admin Jan 14, 2026 0 53
Admin Jun 20, 2024 0 7948
Admin Jun 4, 2024 0 118
Admin Jun 4, 2024 0 98
Moderator May 30, 2024 0 209
Tural Aug 10, 2024 0 128
Moderator May 24, 2024 0 198
Tural Jul 3, 2026 0 21
Tural Jun 25, 2026 0 25
Tural Jun 18, 2026 0 20
Tural Jun 10, 2026 0 32
Tural Jun 8, 2026 0 30
Admin Apr 9, 2026 0 114
Admin Feb 25, 2026 0 113
Admin Oct 12, 2025 0 379
Admin Feb 22, 2025 0 2854
Admin Dec 13, 2024 0 4732
Join our subscribers list to get the latest news, updates and special offers directly in your inbox
Təhsil
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Əhali Fondu (UNFPA) və BMT-nin Qadınlar Agentliyi (UN Women) tərəfindən həyata keçirilən “Avropa İttifaqı Gender Bərabərliyi naminə: birlikdə gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı” proqramı çərçivəsində “Atalar Məktəbi – Məsuliyyətli Atalığa Doğru” layihəsinin növbəti fazasına start verilib.
“Forest School Azərbaycan” və Azərbaycan Maarifçilər Assosiasiyasının dəstəyi ilə icra olunan layihə İsmayıllı, Mingəçevir, Bərdə, Lənkəran, Sabirabad və Quba olmaqla ümumilikdə 6 regionu əhatə edir. Hər regionda 5 həftə ardıcıl davam edəcək atalar məktəblərindən ümumilikdə 150-dən çox gənc ata və ata olmağa hazırlaşan şəxs faydalanacaq. 2020-ci ildən etibarən icra edilən layihənin növbəti fazası çərçivəsində atalar məktəbləri formatında baş tutacaq görüşlərin əsas məqsədi gənc ataları və ata olmağa hazırlaşan şəxsləri övladlarının inkişafı prosesində fəal iştiraka cəlb etməklə ailələrdə oturuşmuş gender-əsaslı stereotipik davranış normalarının dəyişdirilməsinə töhfə verməkdən ibarətdir. 5-7 iyul 2024-cü il tarixlərində Quba rayonunda layihənin əhatə etdiyi regionlardan seçilmiş fasilitatorların bilik, bacarıq və məlumatlılığının artırılması məqsədilə təlim sessiyaları təşkil edilib.
Sessiyalar gender bərabərliyinin təmin olunmasında ataların rolunun əhəmiyyəti, gənc ata və ata olmağa hazırlaşan şəxslərin maarifləndirilməsi yolu ilə gender əsaslı cins seçimi və digər zərərli təcrübələrlə mübarizə, məsuliyyətli atalığın düzgün aşılanmasını təmin etmək üçün təlim metodologiyalarının hazırlanması kimi mövzular üzərində qurulub.
Atalar məktəblərində keçiriləcək seminarlar ailə planlanmasının sağlam cəmiyyətin formalaşdırılmasındakı rolu, sağlam ailə modeli və gender bərabərliyi prinsiplərinə əsaslanan dəyərlər, qız övladının dəyərinin təşviqi yolu ilə ailələrdə oğlan uşaqlarına verilən üstünlüyün qarşısının alınması, uşaqlara qulluq və qayğı, eləcə də digər məişət öhdəliklərinin kişi və qadın arasında bərabər bölgüsü, ataların icmaları daxilində şəbəkələşməsinin əhəmiyyəti kimi mövzuları əhatə edəcək.
Previous Article
Next Article
Like
Dislike
Love
Funny
Angry
Sad
Wow
Tural
Tural Jul 19, 2024 0 52
Tural May 9, 2024 0 8707
Tural Jan 30, 2025 0 57
Tural Apr 11, 2024 0 160
Tural Nov 5, 2023 0 354
Admin Jan 5, 2024 0 10901
Tural Jan 11, 2024 0 10824
Admin Dec 11, 2023 0 10789
Tural Apr 27, 2024 0 9000
Admin Apr 28, 2024 0 8934
Admin Apr 12, 2026 0 42
Admin Mar 4, 2026 0 116