Bu günki ağır yol qəzasında təcili yardım və polis əməkdaşlarının fədakar xidmətləri

Bu günki ağır yol qəzasında təcili yardım və polis əməkdaşlarının fədakar xidmətləri

Xəbər verdiyimiz kimi, bu gün saat 10 radələrində Y.Bağırov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb. Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Qəza baş verən əraziyə dərhal təcili yardım briqadaları, həmçinin polis əməkdaşları cəlb olunub. 

Hər iki qurumun yüksək peşəkarlığı nəticəsində yaralılar tez bir vaxtda dərədən təxliyə olunub. Yaralı şəxslər vaxtında xəstəxanaya çatdırılaraq, onlara tibbi yardım göstərilib. 

Tartv.az komandası olaraq bir daha fədakar tibb və polis işçilərinə təşəkkür edirik!