Sumqayıtda Cəlilabaddan olan gənc dəm qazından boğularaq ölüb - FOTO

Sumqayıtda Cəlilabaddan olan gənc dəm qazından boğularaq ölüb - FOTO

Sumqayıtda 24 yaşlı oğlan dəm qazından boğularaq ölüb.

Tartv.az məlumat verir ki, hadisə Ceyranbatan bağları ərazisində yerləşən fərdi yaşayış evində qeydə alınıb. Belə ki, Cəlilabadın Uzuntəpə kənd sakini, 2002-ci il təvəllüdlü Məmişov Musa Nazim oğlu kirayə qaldığı evdə dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, bir müddət öncə Cəlilabad rayonunda daha bir gənc dəm qazının qurbanı olub.