Polad Qarayevin rəhbərliyi altında Cəlilabadda uğurlu fəaliyyət
Cəlilabad Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Polad Qarayevin artıq 5 ilə yaxın rəhbərliyi dövründə rayonun təhlükəsizlik mühitində nəzərəçarpan irəliləyişlər əldə olunub. Onun rəhbərliyi ilə cinayətkarlığa, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə gücləndirilib, profilaktik tədbirlər genişləndirilib və ictimai asayişin təmin olunmasına xüsusi diqqət yetirilib.
Bu illər ərzində:
Cinayət hadisələrinin qarşısının alınması sahəsində sistemli iş aparılıb;
Narkomaniya ilə mübarizədə bir sıra mütəşəkkil qruplar ifşa edilib;
Rayon sakinləri ilə polis arasında qarşılıqlı etimad möhkəmlənib.
Həssas təbəqə olan Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğı Polad Qarayevin fəaliyyətinin mühüm istiqamətlərindəndir. Onlarla mütəmadi görüşlər keçirilir, müraciətlərə operativ reaksiya verilir və sosial dəstək məqsədilə hərtərəfli köməklik göstərilir.
Bu gün Cəlilabadda formalaşmış sabitlik və təhlükəsizlik mühiti Rayon Polis Şöbəsinin ardıcıl və səmərəli fəaliyyətinin nəticəsidir.
Admin