Cəlilabadda küçədə yıxılıb qalan vətəndaşa TTTYS-ı yardım göstərib

Cəlilabadda küçədə yıxılıb qalan vətəndaşa TTTYS-ı yardım göstərib

Cəlilabad rayonu ərazisində yol kənarında yıxılıb qalan vətəndaşa təcili və təxirəsalınmaz tibbi yardım stansiyası əməkdaşları yardım göstərib.

Tartv.az-ın məlumatına görə, Post patrul xidmətinin sayıqlığı nəticəsində yolda yıxılıb qalmış vətəndaş barədə Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasına zəng olunub.

Həmin xəstəyə TTTYS-nın briqadası tərəfindən tibbi yardım olunub və xəstə ilkin yardımdan sonra evə buraxılıb.