"Azərpoçt" bayram günlərində də vətəndaşlara xidçət göstərir
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar növbəli iş rejimində vətəndaşlara xidmət göstərir.
Tartv.az-ın məlumatına görə, 31 dekabr 2023-cü il tarixindən 7 yanvar 2024-cü il tarixinədək regionlarda yerləşən müştəri xidməti şöbələri saat 10:00-17:00-dək xidmət göstərəcək.
Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pulköçürmələrinin qəbulu, kommunal xidmət haqlarının yığılması - təmin edilir.