Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzində "Peşə könüllüsü" layihəsinin ikinci mərhələsi icra olunub
Azərbaycan Gənclər Fondunun "İdeyanı reallaşdır-2023" qrant müsabiqəsinin qalibi olan "Peşə könüllüsü" layihəsi çərçivəsində Cəlilabad Dövlət Peşə Təhsili Mərkəzinin tələbələri üçün növbəti təlim keçirilib.
Layihə rəhbəri Elməddin Mirzəyev iştirakçılara Azərbaycan Gənclər Fondu haqqında məlumatlar verib, layihənin məqsəd və vəzifələrindən danışıb.
Təlimçi Orxan Əliyevin təqdimatında keçirilən təlim zamanı könüllülərə, könüllü fəaliyyətin aparılması qaydaları və faydalarından danışıb, peşə könüllüsünün görəcəyi işlərdən söhbət açılıb. Gənclər qrup işləri icra edərək, peşə könüllüsü modeli formalaşdırıb təqdimatlar ediblər.
Maraqlı və interaktiv keçən təlimdə müxtəlif enercayzerlər icra olunub. İştirakçılara sertifikatlar təqdim edilib.