Cəlilabadda minik avtomobili aşıb, sürücü xəsarət alıb

Cəlilabadda minik avtomobili aşıb, sürücü xəsarət alıb

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Tartv.az-ın məlumatına görə, hadisə Cəlilabad-Cəngan avtomobil yolunda qeydə alınıb. Belə ki, 1981-ci il təvəllüdlü Ramin Məmmədov idarəetdiyi "VAZ 2106" markalı minik avtomobilini yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü müxtəlif bədən xəsarətləri alıb. O, təcili tibbi yardım avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. 

Faktla bağlı araşdırma aparılır.