Cəlilabad Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əhalinin sağlamlığı keşiyindədir

Cəlilabad Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası əhalinin sağlamlığı keşiyindədir

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz tibbi yardım xidməti digər şöbələrlə bərabər əhalinin sağlamlığı keşiyindədir.

Tartv.az-ın məlumatına görə, yüksək ixtisaslı tibbi heyət müraciət edən hər bir xəstəyə operativ şəkildə ilk tibbi yardım etməyə qadirdir. Bayram günləri bu xidmət rayon əhalisinə yüksək səviyyədə xidmət göstərib. Bütün bu işlər rəhbərlik tərəfindən daim nəzarətdə və diqqətdə saxlanılır.

Belə ki, Cəlilabad Rayonu Mərkəzi Xəstəxanası PHŞ-in direktor səlahiyyətlərini icra edən Sənubər Manafova və Cəlilabad RMX TTTYS-nın şöbə müdiri Rəfail Əsədullayev tərəfindən akt zalında iclas keçirilib. İclasda TTTYS-nin bütün tibb personalı iştirak etmişdir.

Tibb personalına rəhbərlik tərəfindən müvafiq tapşırıqlar verilib.

Tartv.az olaraq başda Rəfail həkim olmaqla Cəlilabad Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bütün əməkdaşlarına təşəkkür edirik!