ÖZ QANINI VERƏRƏK XƏSTƏNİ HƏYATA QAYTARAN FƏDAKAR TİBB İŞÇİSİ
Yaxın günlərdə Cəlilabad rayon Mərkəzi Xəstəxanasına ağır vəziyyətdə xəstə Qədirov Araz Məmmədxan oğlunu gətirirlər. Həkim briqadası xəstəni müainə edərək xəstəyə təcilli qan göçürmək lazım olduğunu bildirirlər.
Cəlilabad səhiyyəsinin TTTYS şöbəsində uzun illərdir yorulmadan-usanmadan xalqın sağlamlığı keşiyində şərəflə dayanan Səmədov Marifət Ağamalı oğlu biləndə ki, +3 qan qurupu təcilli lazımdır, fikirləşmədən heç tərəddüt etmədən qollarını çırmayıb çarpayıya uzanaraq deyir: - Mənim qan qurupum +3-dür. Xəstəyə lazimi qədər çəkin. Həkimlər öz işçi həmkarları Səmədli Mərifət Ağamalı oğlunun qanını çəkərək həyatla ölüm-qalım savaşı aparan Qədirov Araz Məmmədxan oğluna göçürürlər. Xəstə ölümün pəncəsindən xilas olunaraq həyata dönür.
Bəli qloballaşan dünyada insanlığın ölmədiyini cəmiyyətə əməli xeyirxah işləri ilə hiss etirən Səmədov Marifət Ağamalı oğlu kimi Tibb işçilərini alqışlayaraq təşəkkür edirik.