Cəlilabad şəhərində ilk yerüstü piyada keçidinin inşasına başlanılıb

Cəlilabad şəhərində ilk yerüstü piyada keçidinin inşasına başlanılıb

Tartv.az-ın məlumatına görə, keçid şəhərin Heydər Əliyev prospektində inşa olunur.

Yerüstü keçid yaxınlığda yerləşən 3 nömrəli məktəbin heyətinin, həmçinin rayon sakinlərinin yolun qarşı və əks tərəfinə rahat keçməsi məqsədilə tikilir.

Tikinti işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra edilir.