Cəlilabadlı müğənni Azərbaycanı “Avroviziya 2024”-də təmsil edəcək
Azərbaycanı "Avroviziya 2024" mahnı müsabiqəsində Fahree (Fəxri İsmayıl) və müğənni İlkin Dövlətov təmsil edəcəklər.
Bununla bağlı İlkin Dövlətov öz sosial media hesabında “Avropa, gözlə, muğam gəlir”, – deyə bildirib.
Belə ki, o, beynəlxalq mahnı müsabiqəsində səsləndiriləcək mahnının muğam hissəsini ifa edəcək.
Qeyd edək ki, İlkin Dövlətov əslən Cəlilabad rayonunun Muğan kəndindəndir.
Xatırladaq ki, "Avroviziya 2024" bu il 7-11 may tarixlərində İsveçin Malmö şəhərində keçiriləcək. Təmsilçilərimiz birinci yarımfinalın ikinci hissəsində çıxış edəcəklər.