Cəlilabad şəhər Akademik Zərifə Əliyeva adına 7 nömrəli tam orta məktəbdə "Zəka açarı-Mental Arifmetika və sürətli oxu klubu" layihəsinin dərsləri uğurla davam etdirilir

1.

“Zəka açarı-Mental arifmetika və sürətli oxu klubu” layihəsi üzrə təlimlər uğurla davam etdirilir. Layihə Cəlilabad şəhəri Akademik Zərifə Əliyeva adına Cəlilabad şəhər 7 nömtəli tam orta məktəbinin direktoru Səidə Şükürova tərəfindən təqdim olunmuş və IX qrant müsabiqəsində qalib olmuşdur.Layihəyə məktəbin 4-cü siniflərində təhsil alan 30 şagird cəlb olunmuşdur.Layihə dərslərində şagirdlərdə mental hesablama və sürətli oxu vərdişləri inkişaf etdirilir. Şagirdlərdə məntiqi təfəkkürün inkişafı vacib məsələlərdən biridir. Belə ki, şagirdlərdə riyaziyyat və eləcə də dəqiq fənlərə marağın az olmasına səbəb əsasən onlarda düzgün və sürətli hesablama qabiliyyətinin formalaşdırılmaması və ya zəif inkişaf etməsidir. Şagirdlərdə sürətli hesablama qabiliyyətinin ibtidai siniflərdən başlayaraq  formalaşdırılması onların dəqiq fənlərə, ümumiyyətlə təhsilə olan marağının artmasına təkan verir.Mental arifmetika kağız, qələm, hesab maşını olmadan insan beyni vasitəsiilə yerinə yetirilən hesablama növüdür. Mental arifmetika hazırda dünyanın bir çox inkişaf etmiş ölkələrində təhsil sisteminə inteqrasiya olunmuşdur. Çin, Yaponiya və Cənubi Koreya kimi ölkələrdə bu metod şagirdlərin riyazi bacarıqlarını artırmaq və beynin hər iki yarımkürəsinin inkişafını təmin etmək üçün geniş şəkildə tətbiq edilir. Bu ölkələrin beynəlxalq riyaziyyat olimpiadalarında və elmi müsabiqələrdə əldə etdiyi uğurlar məhz bu tip metodların effektivliyini sübut edir.Bunu layihəyə cəlb olunmuş şagirdləri  müşahidə edərkən bir daha görmək olur.Belə ki, onlarda   qısa müddət ərzində riyazi məsələlərə yanaşma tərzləri, hesab əməllərinin yerinə yetirilməsi prosesində ceviklikləri əhəmiyyətli dərəcədə dəyişmişdir. Mental arifmetika proqramı bir zehni inkişaf proqramıdır. Bu proqramın əsas üstün cəhəti şagirdlərdə zəka qabiliyyətinin inkişafı və riyazi hesablama bacarığının artmasıdır. Riyazi əməllər olan toplama, çıxma, vurma, bölmə və başqa əməliyyatların bir neçə saniyədə gerçəkləşməsi yalnız bu proqram vasitəsilə mümkündür. Azərbaycan məktəbliləri PISA (Programme for International Student Assessment) kimi beynəlxalq qiymətləndirmələrdə riyaziyyat və məntiqi düşüncə üzrə geridə qalır. Bu da göstərir ki, məntiqi təfəkkürün və riyazi bacarıqların inkişafı üçün təhsil sistemində əlavə metodların tətbiqi zəruridir. Mental arifmetika bu boşluğu doldura biləcək effektiv üsullardan biridir.