Hava dəyişdi: Bu rayonlara qar yağır

Hava dəyişdi: Bu rayonlara qar yağır

Azərbaycanda faktiki hava açıqlanıb.

Milli Hidrometeorlogiya Xidmətindən TarTv.Az-a verilən məlumata görə, saat 15:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, Qax, Kəlbəcər, Şəmkir, Şəki, Biləsuvar, Şahdağ, Goranboyda qar; Naftalan, Gəncə, Zaqatala, Bərdə, Ağdam, Tərtər, Cəfərxan, Balakən, Ağsu, İmişli, Sabirabad, Mingəçevir, Şamaxı, Qobustan, Yevlax, Zərdab, Xaçmaz, Qəbələ, Oğuz, Göyçay, Bakıda və Abşeron yarımadasında da səhər saatlarında arabir yağış yağıb.

Havanın temperaturu: Bakıda və Abşeron yarımadasında 7 dərəcəyədək isti, Naxçıvan MR-da 2-9 şaxta, aran rayonlarında 3 dərəcəyədək isti, dağlıq rayonlarda 5 dərəcəyədək şaxta olub.