Cəlilabada ilk qar yağır - FOTO

Cəlilabada ilk qar yağır - FOTO

Cəlilabadın dağlıq kəndlərinə qar yağıb.

Tartv.az xəbər verir ki, qar rayonun əsasən dağlıq hissədə yerləşən Musalı, Ləkin, Badamağacı, Şatırlı və Buravar kəndlərində yağıb.

Bu kəndlərdə qarın hündürlüyü 10 sm-i keçib. Daha yüksək dağlıq hissələrdə isə qar örtüyü 25 sm-ə çatıb.

Hazırda bu kəndlərdə şaxtalı hava şəraiti müşahidə olunur və qar yağmaqda davam edir.