Cəlilabad rayonunda baş verən yanğını polis əməkdaşları söndürüb

Cəlilabad rayonunda baş verən yanğını polis əməkdaşları söndürüb

Cəlilabad rayonunda baş verən yanğını polis əməkdaşları söndürüb

Tartv.az xəbər verir ki, Cəlilabad rayon Heydər Əliyev prospektində Cəlilabad rayon polis şöbəsinin yaxınlığında yerləşən binanın balkonunda quraşdırılmış isitmə sisteminin alışması nəticəsində yanğın baş verib.

Vətəndaş Abdullayeva Sənubər Cabir qızına məxsus mənzildə baş verən yanğını ərazidə xidmət aparan Cəlilabad rayon polis şöbəsinin əməkdaşları şöbədə olan yanğınsöndürən balonları hadisə yerinə gətirərək yanğına müdaxilə ediblər. Qısa zaman ərzində yanğının qarşısını alınıb, yanğının ətraf mənzillərə keçməsinin qarşısı alınıb