Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniyaya yox deyirik!” devizi altında maarifləndirici tədbir keçirilib
Bu gün Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Narkomaniyaya yox deyirik!” devizi altında maarifləndirici tədbir keçirildi.
Tədbirdə mərkəzin müəllim və istehsalat təlimi ustaları,təhsil alan tələbələr,Göytəpə Polis Bölməsinin əməkdaşları iştirak etdi.
Göytəpə şəhər Polis Bölməsinin rəisi, polis polkovnik-leytenantı Asif İmanov cəmiyyətimizdə bu bəlanın törətdiyi fəsadlardan, narkomanlığa qarşı aparılan mübarizə tədbirləri haqqında geniş məruzə ilə çıxış etdi.
Tədbirdə çıxış edən mərkəzin Gənclərin çağırışaqədərki hazırlığı rəhbəri, ehtiyatda olan polkovnik-leytenant Aqşin Talıbov isə öz çıxışında belə tədbirlərin gənclərimizin tərbiyəsində böyük əhəmiyyəti olduğunu bildirdi.
Sonda Cəlilabad DPTM-nin direktoru Etibar Sadığov qonaqlarımıza öz dərin minnətdarlığını bildirdi.