Qanunvericilik sahəsində sistemli islahatlar zamanın tələbidir

Qanunvericilik sahəsində sistemli islahatlar zamanın tələbidir

        Prezident İlham Əliyevin 10 mart .2020-ci il tarixində VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışında belə bir əsas müddəa vardır: Parlamentin əsas işi qanunvericilikdir. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi. Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara yeni təkan verəcəkdir. Deputatlar qarşısında böyük vəzifələr durur, ilk növbədə, qanunvericilik sahəsində. Prezident Milli Məclisinin ilk iclasında çıxışında əmin olduğunu bildirmişdir ki, qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq. Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində qurulacaq. Çoxpartiyalı sistemin inkişafı naminə siyasi partiyaların fəaliyyəti üçün lazım olan bütün alətlər spektri mövcud olmalıdır.

       Qanunvericilik hakimiyyətinin fəaliyyətini təkmilləşdirmək və bərqərar olunmasına xidmət edən sistemli islahatlar zamanın tələbidir. Növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi ölkədə aparılan sistemli islahatları dərinləşdirmək və Milli Məclisin fəaliyyətini daha təkmil şəkildə təşkil etmək idi. 

         Siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri labüddür. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. 

         Möhtərəm Prezidentimiz cənab İlham Əliyev altıncı çağırış Milli Məclisin ilk iclasında göstərmişdir ki, biz Türk Şurasına sədrliyi öz üzərimizə götürmüşük və deyə bilərəm ki, türkdilli dövlətlərin əməkdaşlığı istiqamətində Azərbaycan çox önəmli rol oynayır. Bütün digər beynəlxalq təmaslarda biz Avropa İttifaqı ilə indi saziş üzərində işləyirik, Avropa İttifaqına üzv doqquz ölkə ilə strateji tərəfdaşlıq sənədlərimiz vardır. Bu da Avropa İttifaqına üzv ölkələrin üçdəbir hissəsidir. Qonşu ölkələrlə sağlam, işgüzar və dostluq əsasında qurulmuş münasibətlər var. Müsəlman aləmində böyük nüfuzumuz var. Budur, bizim beynəlxalq mövqelərimiz. Ona görə bizə hörmət edirlər, ona görə bizim sözümüz keçir və eyni zamanda, ona görə ki, bizim siyasətimiz birmənalıdır. Bizim siyasətimiz situativ deyil. Bizim siyasətimiz ədalətlidir və sözümüzlə əməlimiz arasında fərq yoxdur.

         Azərbaycanın iqtisadi inkişafı ilə yanaşı siyasi fəallığın bərqərar olması üçün güclü baza formalaşıb və son illər Azərbaycanda baş verən siyasi inkişaf bu gün dünyada heyrətlə qarşılanır. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, fevralın 7-də keçirilmiş Prezident seçkiləri ölkəmizin həyatında önəmli hadisə idi. Seçkilərin xüsusiyyəti ondan ibarətdir ki, o, növbədənkənar seçkilər idi və beynəlxalq aləmin müsbət rəyini qazanmışdır. 

 Xudayar Sultanlı- ADPU                 

 Cəlilabad filialının direktoru