Cəlilabadda qazi ailəsinə məxsus ev yanıb - Video

Cəlilabadda qazi ailəsinə məxsus ev yanıb - Video

Cəlilabadın Xəlilabad kəndində qazi ailəsinə məxsus ev yanaraq kül olub.

Tartv.az-ın məlumatına görə, yanğın kənd sakini Sabir Tağıyeva məxsus ümumi sahəsi 80 kvadratmetr olan evdə baş verib. 

Bildirək ki, yanan evdə iki qazi yaşayırdı. Hal hazırda Əlillər bərpa mərkəzində olan Tağıyev Nofəl Sabir oğlu 11 noyabrda müalicədən evə buraxılacaq. Amma təsüf ki onun gələcək bir evi yoxdur. Çünki yanaraq kül olub. Hazırda ailə evlərinin təmiri üçün kömək istəyir. 

Qeyd edək ki, ailənin digər övladı Tağıyev Şamo Sabir oğlu isə 3 döyüş iştirakçısı, hər döyüşdə yaralı olmağına baxmayaraq xidmətin davam etdirir.