Məktəbdə əxlaq qalmaqalı iddiası: Aidiyyəti qurumlar niyə susur?

Məktəbdə əxlaq qalmaqalı iddiası: Aidiyyəti qurumlar niyə susur?

Cəlilabad şəhərində yerləşən məktəblərdən birində müəllimin şagirdə qarşı əxlaqsız hərəkətlərə yol verdiyi iddia olunur. Hadisə ilə bağlı müəyyən araşdırmalar aparıldığı bildirilsə də, müəllimin hansı cəza ilə cəzalandırıldığı, ümumiyyətlə, məsuliyyətə cəlb olunub-olunmadığı və faktın niyə ictimaiyyətdən gizlədildiyi sual doğurur. Aidiyyəti qurumların susqunluğu isə cəmiyyətdə ciddi narahatlıq yaradır.