"Kimyada İnnovativ Öyrənmə -Simulyasiyalar " layihəsi uğurla yekunlaşdırılmışdır

"Kimyada İnnovativ Öyrənmə -Simulyasiyalar " layihəsi uğurla yekunlaşdırılmışdır

Təhsildə İnkişaf və İnnovasiyalar üzrə lX qrant müsabiqəsinin qalibi olan "Kimyada İnnovativ Öyrənmə - Simulyasilar layihəsi uğurla yekunlaşdırılmışdır.
Layihənin sonunda məktəb heyətinin və layihədə yer alan şagirdlərin iştirakı ilə bağlanış mərasimi təşkil olunub. Tədbir zamanı layihə ərzində görülən işlər, əldə olunan nəticələr haqqında məlumatlar verilib və  şagirdlərin layihə çərçivəsində əldə etdikləri bilik və bacarıqlar dəyərləndirilib.
Təlimlərdə iştirak edən  şagirdlər  PhET, MOLVİEW , MOLECULAR WORKBENCH , Labster və s  kimi onlayn platformalarla bağlı bilik və bacarıqlara yiyələnmişlər.
Həmçinin mərasimdə çıxış edən layihə rəhbəri Gülməmmədzadə Gündüz "Kimyada İnnovativ Öyrənmə -Simulyasiyalar "   layihə çərçivəsində görülən işlərdən danışıb, gələcəkdə bu kimi layihələrin daha çox şagirdin əhatə etməsinin önəmini qeyd edib.
Ümumilikdə layihə çərçivəsində 56 saatlıq məşğələ təşkil olunmuş, nəticə etibarilə şagirdlərin həm fənn üzrə bilik səviyyəsinin yüksəldilməsi, həm də müasir tədris vasitələrindən istifadə bacarıqlarının formalaşdırılması təmin edilmişdir.

Tədbirin yekununda iştirakçılara layihəni uğurla başa çatdırmaları münasibətilə sertifikatlar təqdim olunub.

Xatırladırıq ki, "Kimyada innovativ Öyrənmə - Simulyasiyalar" qrant layihəsi Gülməmmədzadə Gündüz tərəfindən Cəlilabad rayonu Ocaqlı kənd Ş.Nəzərov adına 1 saylı tam orta ümumtəhsil məktəbində tətbiq edilir.