Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb

Cəlilabadda turist avtobusu qəzaya düşüb, iki nəfər ölüb

Cəlilabad rayonunda ağır yol-nəqliyyat hadisəsi olub.

Kanal15 xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində baş verib.

İlkin məlumata görə, istirahət mərkəzinə gedən 10 LM 174 dövlət nömrə nişanlı mikroavtobus qəzaya düşüb. Nəticədə iki nəfər ölüb, çox sayda yaralı var.

Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, iyunun 6-da saat 10 radələrində Y.Bağırov idarə etdiyi "Mercedes" markalı mikroavtobusla Cəlilabad rayonunun Sadatlı kəndi ərazisində idarəetməni itirib və nəqliyyat vasitəsi aşıb.

Nəticədə mikroavtobusda olan sərnişinlərdən S.Kazımova və K.Şükürova ölüb, bir neçə sərnişin isə müxtəlif bədən xəsarətləri alıb.

Araşdırma davam etdirilir.