Cəlilabadda günəbaxan yığımı başlayıb

Cəlilabadda günəbaxan yığımı başlayıb

Cəlilabad rayonunda artıq bir neçə gündür ki, günəbaxan sahələrində məhsul yığımına başlanılıb.

Tartv.az-ın məlumatına görə, bu il rayonda 291 hektar sahədə günəbaxan bitkisi əkilib. Ötən il isə bu rəqəm 200 hektara bərabər olub.

Fermerlərin sözlərinə görə, hələlik bu il məhsuldarlıq yüksəkdir.