““Ünsiyyət klubu” – şagirdlərin nitqinin inkişafına dəstək” layihəsinin bağlanışı olub

““Ünsiyyət klubu” – şagirdlərin nitqinin inkişafına dəstək” layihəsinin bağlanışı olub
Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta ümumtəhsil məktəbində ““Ünsiyyət klubu” – şagirdlərin nitqinin inkişafına dəstək” adlı layihənin bağlanış mərasimi baş tutub.
Təhsildə İnkişaf və İnnovasiyalar üzrə IX qrant müsabiqəsində qalib gəlmiş bu layihənin bağlanış mərasimində layihə rəhbəri Firuzə Mənsimli, məktəb rəhbərliyi, müəllimlər, layihənin idarə heyəti və şagirdlər iştirak edib.
Bağlanış mərasimində bildirilib ki, layihənin məqsədi Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta ümumtəhsil məktəbində VIII-XI sinif şagirdlərinin şifahi və yazılı nitq ünsiyyətinin inkişaf etdirmək üçün məktəbdə “Ünsiyyət klubu” yaratmaq olub.
Daha sonra çıxış edən müəllimlər layihənin əhəmiyyətindən söz açıblar. Onlar layihənin uğurla yekunlaşdığını vurğulayıblar. Daha sonra iştirakçılara sertifikatlar təqdim olunub.
Qeyd edək ki, layihə Biləsuvar şəhər Nizami Gəncəvi adına 1 saylı tam orta ümumtəhsil məktəbində Firuzə Mənsimli tərəfindən icra olunub.