UEFA Konfrans Liqasında kubokun sahibi bəlli olacaq

UEFA Konfrans Liqasında kubokun sahibi bəlli olacaq

Bu gün UEFA Konfrans Liqasında kubokun sahibinin adına aydınlıq gətiriləcək.

TarTv.Az xəbər verir ki, final görüşündə "Olimpiakos"la (Yunanıstan) "Fiorentina" (İtaliya) klubları üz-üzə gələcəklər.

Gərgin mübarizə vəd edən qarşılaşmaya komandalar itkilərlə çıxacaqlar. "Olimpiakos"dan Fadiqa və Leynder, "Fiorentina"dan isə Kastrovilli və Sottil zədə üzündən görüşü buraxmalı olacaqlar.

Qeyd edək ki, böyük maraqla gözlənilən oyunu portuqaliyalı hakimlər briqadasından Suarez Diaz idarə edəcək.

29 May

23:00. "Olimpiakos" – "Fiorentina"

Baş hakim: Suarez Diaz (Portuqaliya)

Stadion: "OPAP Arena" (Afina, Yunanıstan)