“Sərhədsiz öyrənmə: Aktiv təhsil və şəxsi inkişaf” layihəsi çərçivəsində görüşlərə start verilib
“Sərhədsiz öyrənmə: Aktiv təhsil və şəxsi inkişaf” layihəsi çərçivəsində görüşlərə start verildi.
Görüş skautinq yanaşması əsasında təşkil olunmuş, şagirdlər üçün çadır qurma və çölçülük bacarıqlarına həsr edilmişdir. Təlim zamanı iştirakçılar açıq hava şəraitində çadırın düzgün və təhlükəsiz qurulması, ətraf mühitin qiymətləndirilməsi, təhlükəsiz öyrənmə və fəaliyyət mühitinin yaradılması ilə bağlı praktiki bilik və bacarıqlar əldə etmişlər. Fəaliyyətlər komanda işi formatında həyata keçirilmiş, bu da şagirdlərin əməkdaşlıq, məsuliyyət bölgüsü və qarşılıqlı dəstək bacarıqlarının inkişafına şərait yaratmışdır.
Qeyd edək ki, “Sərhədsiz öyrənmə: Aktiv təhsil və şəxsi inkişaf” layihəsi 287 nömrəli Zəkalar liseyinin müəllimi Lalə Yusifova tərəfindən həyata keçirilir.
Layihənin əsas məqsədi skautinq yanaşması və qeyri-formal təhsil metodları vasitəsilə şagirdlərin praktik həyat bacarıqlarını inkişaf etdirmək, onların müstəqil qərarvermə, komanda işi və açıq hava şəraitində təhlükəsiz davranış vərdişlərini formalaşdırmaqdır.
Tural