Qurban Qurbanov və Miodraq Bojoviçdən dünya reytinqində irəliləyiş

Qurban Qurbanov və Miodraq Bojoviçdən dünya reytinqində irəliləyiş
Qurban Qurbanov və Miodraq Bojoviçdən dünya reytinqində irəliləyiş

Dünyanın ən yaxşı baş məşqçilərinin 2024-cü il üçün ilk reytinq siyahısı açıqlanıb.

İdman.biz xəbər verir ki, son 4 ilin nəticələrinə əsasən, tərtib olunan cədvəldə 500 ən güclü çalışdırıcısı yer alıb.

Azərbaycan Premyer Liqası siyahıda iki mütəxəssislə təmsil olunub. Cədvəldəki yeganə azərbaycanlı Qurban Qurbanovdur. “Qarabağ”ın baş məşqçisi 1594 xalla dünyada 195-cidir.

52 yaşlı mütəxəssis son siyahı ilə müqayisədə üç pillə irəliləyib. Onun xal hesabı isə dəyişməz qalıb.

“Neftçi”nin baş məşqçisi Miodraq Bojoviç də 3 pillə irəliləyib. Monteneqrolu mütəxəssis 1630 xalla 160-cı sıradadır.

Qeyd edək ki, cədvələ 2193 xala malik “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola başçılıq edir.