​“Pixar Dərsləri” layihəsi çərçivəsində təlimlərə start verilib

​“Pixar Dərsləri” layihəsi çərçivəsində təlimlərə start verilib

287 nömrəli tam orta məktəbdə “Pixar Dərsləri” layihəsi çərçivəsində təlimlərə rəsmi olaraq start verilib. Layihənin rəhbəri Aygün Məmmədovadır.

​Təlimlər çərçivəsində iştirakçılar həm nəzəri biliklər əldə edəcək, həm də praktik fəaliyyətlər vasitəsilə riyaziyyat və yaradıcılıq sahəsində bilik və bacarıqlarını artıracaqlar. Proqram şagirdlərin müstəqil öyrənmə vərdişlərini inkişaf etdirmək məqsədi daşıyır.

​Bu mərhələdə şagirdlərin analitik düşünmə, problem həll etmə və komanda ilə işləmə bacarıqlarının gücləndirilməsi hədəflənir. Layihənin təlim mərhələsi məktəblilərin aktiv iştirakı ilə davam edir.