Narin cinayətində yeni səs yazısı ortaya çıxdı - TƏFƏRRÜAT

Narin cinayətində yeni səs yazısı ortaya çıxdı - TƏFƏRRÜAT

Diyarbəkirdə 8 yaşlı Narin Güranın qətli ilə bağlı aparılan istintaq çərçivəsində həbs olunan əmisi Səlim Güran ilə onun işçisi olduğu müəyyən edilən R.A arasında olan telefon söhbəti üzə çıxıb.

TarTv.Az türk mediasına istinadən xəbər verir ki, 37 saniyəlik səs yazısında tərəflərdən biri digərinə hansısa obyektin yerini təsvir edir, digəri isə onu götürmək üçün gedəcəyini qeyd edir. Səlim Gürandan telefon danışıqları barədə soruşulanda isə o, sahə ilə bağlı mövzularda danışdıqlarını, lakin danışıqların məzmununu xatırlamadığını deyib. O, səs yazısında "ağ rəngli avtomobildən" söhbət getdiyini bildirib. Hansı ki, bu avtomobil hadisə günü istifadə edilib.

İstintaq çərçivəsində Səlim Güran sentyabrın 2-də həbs edilib, R.A isə şərti olaraq azadlığa buraxıldıqdan sonra prokurorluğun təqdimatı əsasında yenidən nəzarətə götürülüb və sentyabrın 14-də həbs edilib. R.A-nın həbsin səbəb kimi Narinin axtarışının “hədəfdən yayındırmaq məqsədi ilə süni donoslarla və diqqəti yayındıran hərəkətlərlə pozulmağa cəhd edilməsi” göstərilib.

Qeyd edək ki, 8 yaşlı Narin Güran avqustun 21-də Tavşantəpə məhəlləsində itkin düşüb. Sentyabrın 8-də onun cansız bədəni kəndin kənarında çuvalın içində tapılıb.