“Millidən təklif olub?” sualına Qurban Qurbanovdan cavab

“Millidən təklif olub?” sualına Qurban Qurbanovdan cavab

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Kəpəz”ə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

TarTv.Az  xəbər verir ki, o, 6:1 hesabı ilə qələbə qazandıqları oyunu şərh edib.Təcrübəli baş məşqçi sonrakı hədəflərdən söz açıb.

Ardınca Qurbanov ona milli komandada baş məşqçi postunun təklif edilmədiyini vurğulayıb: “İcraiyyə Komitəsinə, mənə yığmanın baş məşqçiliyi təklif olmayıb. Olsa, bunu müzakirə etməliyik”.