Cəlilabadda pirotexniki vasitə partlayıb, azyaşlı ağır xəsarət alıb

Cəlilabadda pirotexniki vasitə partlayıb, azyaşlı ağır xəsarət alıb

Cəlilabad rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Tartv.az-ın məlumatına görə, rayon sakini, 7 yaşlı Ş. Aslanov pirotexniki vasitənin (zırpaket) partlaması nəticəsində müxtəlif yanıq xəsarətləri alıb. O, rayon xəstəxanasına aparılıb. Azyaşlıya üzün və tənəffüs yollarının 2 və 3-cü dərəcəli yanığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.