Cəlilabad şəhər VƏTƏN Müharibəsi qəhrəman Rəşad Abdullayev adına 2 saylı tam orta ümumi təhsil məktəbində "ZABİT AKADEMİYASI VƏ HƏRBÇİ GƏNCLƏR KLUBU" layihəsinin tətbiqinə başlanıldı

Cəlilabad şəhər VƏTƏN Müharibəsi  qəhrəman Rəşad Abdullayev adına  2 saylı tam orta ümumi təhsil məktəbində "ZABİT AKADEMİYASI VƏ HƏRBÇİ GƏNCLƏR KLUBU" layihəsinin tətbiqinə başlanıldı

Cəlilabad şəhər Vətən muhəribəsi qəhrəmanı Rəşad Abdullayev adına 2 saylı tam orta məktəbin Hərbi rəhbəri vətən müharibəsi iştirakçısı ehtiyatda olan kapitan Toğrul Rizvanlinin layihəsi Təhsil Nazirliyinin Təhsildə İnkişaf və İnnovasiyalarl üzrə IX qrant müsabiqəsinin qalibi olmuşdur.

Layihənin açılış mərasimi keçirilib. Tədbirdə qazilər, məktəb rəhbərliyi, müəllimlər "Tartv.az" rəhbərliyi və layihədə iştirak edəcək 30 nəfər  6,7,8 sinif şagirdlərindən ibarət gələcəkdə Azərbaycan silahları qüvvələri tərkibində zabit olaraq xidmət etmək istəyən vətənpərvər gənclər iştirak ediblər.

Təklif etdiyimiz layihədə Cəlilabad şəhər 2 saylı tam orta ümumtəhsil mətəbinin 6, 7 və 8-ci sinflərində oxuyan və hərb sənətinə marağ göstərən 30 nəfər şagird üçün hərb sənəti barədə nəzəri və praktik təlimlər nəzərdə tutulmuşdur.Bu sinflərdən hər il Cəmşid Naxçıvanski adına hərbi liseyə təhsil amaq məqsədi ilə müracıət edən şagırdlərə üstünlük veriləcək.Məktəbimizdə şagird kontingenti 1800 nəfərdən çoxdur,hər il hərbi liseyə yetərincə sayda şagirdlər müraciət edir.Layihəmiz bu cəhətdən də şagırdlər üçün çox faydalı olacaq.Layihədə 2 qrup şəklində 30 nəfər şagirdə 14 həftə ərzində həftədə 4 saat (hər qrupda iki saat ) olmaqla ümumilikdə 56 saat hərb sənəti , müasir hərbi texnika və insansız idarə olunan silah sistemləri barədə nəzəri və praktik dərslər keçiriləcəkdir.Təlimlər barədə məlumat aşağıda verilmişdir:
Təlim günləri :28 gün(14 həftə ,həftədə 2 gün,gündə hər qrupda 1 saat)
Təlim saatları: 56 saat
Təlim kontingenti:6,7 və 8 –ci sinif şagirdləri
Təlim proqramı 1-ci Həftə: Tanışlıq və Giriş
Mövzu: Layihə haqqında ümumi məlumat, hərbi sənətin əhəmiyyəti.Hərbi xidmət və ordunun rolu haqqında qısa mühazirə
2-ci Həftə: Fiziki hazırlıq və hərbi nizam
Mövzu: Fiziki hazırlığın əhəmiyyəti və hərbi nizam-intizam.Hərbi fiziki hazırlıq məşqləriHərbi nizam-intizam qaydaları
3-cü Həftə: Dron texnologiyası və insansız uçuş vasitələri
Mövzu: Dronların və insansız uçuş vasitələrinin hərbi sahədə istifadəsi.Dronların texniki xüsusiyyətləri.Dronların döyüşdə istifadəsi.İnsansız hava vasitələri ilə müharibə
4-cü Həftə: Elektron müharibə və kiber hücumlar
Mövzu: Elektron müharibə və kiber təhlükəsizlik.Elektron müharibə və sistemlərin müdafiəsi.Kiber hücumlar və onlara qarşı mübarizə.Elektron müharibələrdə  istifadə edilən texnologiyalar
5-ci Həftə: Dronların idarə edilməsi və simulyasiyalar
Mövzu: Dronların idarə edilməsi və onların müharibə simulyasiyalarında tətbiqi.Dron simulyatorlarında məşqlər.Dronların müharibə və müxtəlif əməliyyatlarda istifadəsi
6-cı Həftə: Dronların idarə edilməsi- praktik məşqlər
7-ci Həftə: Şəhər Döyüşləri və Dronların Rolu
Mövzu: Şəhər döyüşlərində dronların və insansız hava vasitələrinin rolu.Şəhər müharibəsinin xüsusiyyətləri.Dronların şəhər döyüşlərində istifadəsi
8-ci Həftə: Silah və Texnikanın Təhlükəsiz İstifadəsi
Mövzu: Silahların təhlükəsiz istifadəsi və təmiri.Silahların düzgün istifadəsi.Silahların təmizlənməsi və qulluq edilməsi
9-cu Həftə: Elektron müdafiə 
Mövzu: Elektron müdafiə və təhlükəsiz əlaqə qurma.Təhlükəsiz kommunikasiya üsulları.Elektron müdafiə texnikaları
10-cu Həftə: Dronların təhlükəsizlikdə istifadəsi
Mövzu: Dronların təhlükəsizlikdə və kəşfiyyat işlərində istifadəsi.Dronların təhlükəsizlik və kəşfiyyat məqsədilə istifadə edilməsi.Dronlardan istifadə edərək məlumat yığma.
11-ci Həftə: Sıravi döyüş hazırlığı
Mövzu:Döyüş hazırlığı və taktika.Sıravi döyüş hazırlığı və təlimlər.Döyüş taktikasının əsas prinsipləri
12-ci Həftə: Sıravi döyüşçü və komanda işləməsi
Mövzu: Sıravi döyüşçü və komanda işinin əhəmiyyəti.Komanda ilə işləmə bacarıqları.Döyüşçü rolunun əhəmiyyəti və taktiki davranışlar
13-cü Həftə: Hərbi vətənpərvərlik və liderlik
Mövzu: Hərbi vətənpərvərlik və liderlik bacarıqları.Liderlik bacarıqları üzrə təlimlər.Vətənpərvərlik mövzusunda mühazirələr
14-cü Həftə: Hərbi vətənpərvərlik və liderlik
Mövzu: Hərbi vətənpərvərlik və liderlik bacarıqları.Liderlik bacarıqları üzrə təlimlər.Vətənpərvərlik mövzusunda mühazirələr.
Layihədə götüləcək işlər aşağıdakı ardıcıllıqla həyata keçiriləcək:
1.    Layihə üçün lazımi şəraitin yaradılması -15.09.2025-30.09.2025 
2.    20  sentyabr-25 sebtyabr tarixlərində məktəbin 6,7 və 8 -ci siniflərində layihə ilə bağlı məlumatlandirma işləri görüləcək və ilk növbədə hərbi liseyə hazırlaşan şagirdlər sonra isə layihəyə marağı olan digər şagirdlər müəyyən edilərək layihə üçün 30 şagird seçiləcək və onlardan iki qrup yaradılacaq.
3.    Layihənin açılış tədbiri-26 sentyabr 2025
4.    4 oktyabr  tarixindən başlayaraq hər sinifdə həftədə iki saat olmaqla ümümillikdə 14 həftə ,həftədə 4 saat olmaqla yuxarıda göstərilən proqram əsasında təlimlər keçiriləcək-04.09.2025-28.12.2025
5.    Layihənin aralıq və yekun hesabatlarının təqdim olunması (Oktyabr 2025 - yanvar 2026)
6.    Bağlanış tədbiri keçirilməsi (12.01.2026)
Layihənin sonunda layihənin məqsədinə uyğunolaraq aşağıdakı nəticələr gözlənilir:
-Şagirdlərdə hərb elminə olan marağın artırılması
-Praktik hərbi bacarıqların formalaşdırılması
-Müasir hərbi texnologiyalarla tanışlıq
-Hərbi liseylərə qəbul üçün hazırlığın gücləndirilməsi
-Vətənpərvərlik ruhunun gücləndirilməsi
-Məktəbdə hərbi fənnin tədrisində yeniliklərin tətbiqi.
-Komanda işi və liderlik bacarıqlarının inkişafı
-Gələcək üçün peşə yönümlü istiqamətin formalaşdırılması
Layihəinin həyata keçiriləcəyi müddətdə aşağıdakı qurumlarla əməkdaşliq qurulması nəzərdə tutulur: Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad Rayonu üzrə Təhsil Sektoru,Gənc Müəllimlər Asosiasiyasinin üzvləri,Cəlilabad şəhərində yerləşən N saylı hərbi hissənin şəxsi heyyəti, Media nümayəndələri, TarTv.Az  xəbər portalının əməkdaşları v.s.