Cəlilabadda Rəsm Qalereyasının tikintisi yarımçıq qalıb - Pul necə yoxa çıxıb?

Cəlilabadda Rəsm Qalereyasının tikintisi yarımçıq qalıb - Pul necə yoxa çıxıb?

Cəlilabad şəhəri Dövlət Rəsm Qalareyasında cari təmir işlərinin satın alınması məqsədilə elan olunmuş tender 25.06.2024-cü ildə başa çatıb və "BAKU BUILDING" Məhdud Məsuliyyətli Cəmiyyəti ən aşağı təklif verərək qalib olub. 

Celilabad.com xəbər verir ki, 154 min manat ehtimal olunan qiymətin qarşılığında 109 min manat təklif verən şirkətlə satınalma müqaviləsi bağlanıb. 

İşin ilginc tərəfi ondan ibarətdir ki, 109 min manat ödəniş alan şirkət yalnız binanın üz qabığını sökə bilib.

2 müddət keçməsinə baxmayaraq işlər bitməyib. 1 ildən artıq müddətdir ki ümumiyyətlə işlər dayandırılıb.

Rayonada gəzən şayələrə görə ayrılan pullar şirkət tərəfindən mənimsənilib və işlər ona görə dayandırılıb.

Bununla bağlı saytımız tərəfindən BAKU BUILDING" Məhdud Məsuliyyətli Cəmiyyətinə sorğu göndərilib.

Şirkətdən cavab olaraq bildirib ki, problem Mədəniyyət Nazirliyindədir və görülməyən işin pulu "BAKU BUILDING" Məhdud Məsuliyyətli Cəmiyyətinə köçürülməyib.

Qeyd olunanlardan belə nəticəyə gəlmək olar ki, Mədəniyyət Nazirliyi əsaslı təmir üçün nəzərdə tutulan məbləği icraçı şirkətə ödəməyib.

Mədəniyyət Nazirliyinə ünvanladığımız sorğuya cavab verilməyib. Qeyd olunub ki, məlumat araşdırması üçün yönləndirib.

Nazirliyin rəyi daxil olarsa saytımızda dərc edəcəyik.

Onuda qeyd edək ki, yeni binaya köçürülməsi – 2015-ci ildə olan Cəlilabad rəsm Qalereyasının Ümumi sahəsi – 400 m2 Ümumi işçilərin sayı isə 5 nəfərdir.

Daha ətraflı növbəti yazımızda