Cəlilabadda canavarlar şəxsi təsərrüfata hücum edib - FOTO

Cəlilabadda canavarlar şəxsi təsərrüfata hücum edib - FOTO

Cəlilabad rayonunda canavarlar şəxsi təsərrüfata hücum edib.

Tartv.az-ın məlumatına görə, hadisə rayonun Moranlı kəndində, sakin İxtiyar İsayevə məxsus təsərrüfatda qeydə alınıb. Belə ki, canavarlar 6 qoyunu parçalayıb, 4 qoyuna isə müxtəlif xəsarət yetirib.

Kənd sakinlərinin sözlərinə görə, canavarların bu kəndə hücumu təsadüfü hallarda baş verir.