Biləsuvar və Cəlilabadda mövsümün ilk qarı yağır

Biləsuvar və Cəlilabadda mövsümün ilk qarı yağır

Bu gün axşam saatlarından başlayaraq Biləsuvar rayonuna mövsümün ilk qarı yağmağa başlayıb.

Tartv.az-ın məlumatına görə, hazırda davam edən qarın hündürlüyü 3-5 sm-ə çatır. Səhər saatlarında da Cəlilabad rayonu ərazisinə mövsümün ilk qarı yağıb.

Hələlik qar bölgədə fəsadlara səbəb olmayıb və sözügedən ərazilərdə şaxtalı, qarlı hava şəraiti hökm sürür.