Admin Jan 14, 2026 0 285
Admin Sep 21, 2024 0 226
Admin Sep 15, 2024 0 154
Tural Aug 13, 2024 0 196
Admin May 29, 2024 0 224
Admin May 8, 2026 0 66
Admin Apr 17, 2026 0 107
Admin Mar 22, 2026 0 75
Admin Jan 24, 2026 0 433
Admin Jan 14, 2026 0 452
Admin Jan 13, 2026 0 65
Admin Nov 23, 2025 0 173
Tural Jan 23, 2025 0 132
Admin Jan 11, 2025 0 174
Tural Dec 29, 2024 0 143
Admin Feb 1, 2026 0 118
Admin May 29, 2025 0 492
Tural Feb 26, 2025 0 208
Tural Jan 19, 2025 0 180
Tural Jan 10, 2025 0 147
Admin Jan 14, 2026 0 64
Admin Jun 20, 2024 0 7961
Admin Jun 4, 2024 0 134
Admin Jun 4, 2024 0 109
Moderator May 30, 2024 0 225
Tural Aug 10, 2024 0 147
Moderator May 24, 2024 0 217
Tural Jul 3, 2026 0 34
Tural Jun 25, 2026 0 39
Tural Jun 18, 2026 0 36
Tural Jun 10, 2026 0 85
Tural Jun 8, 2026 0 81
Admin Apr 9, 2026 0 127
Admin Feb 25, 2026 0 124
Admin Oct 12, 2025 0 404
Admin Feb 22, 2025 0 2867
Admin Dec 13, 2024 0 4770
Join our subscribers list to get the latest news, updates and special offers directly in your inbox
Azərbaycan
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günüdür.
“Report” xatırladır ki, Prezident İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamına əsasən, hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Dövlət Bayrağı milli suverenliyin simvolu kimi ölkənin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikasının Dövlət Bayrağı 1918-ci il noyabrın 9-da Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında” qanun qəbul edərək onu Dövlət bayrağı elan edib. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında” qanun ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib. Sərəncama əsasən, Dövlət Bayrağı Azərbaycan Respublikasının dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. 2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinə edilmiş əlavəyə əsasən, 9 noyabr – Dövlət Bayrağı Günü ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib. Bu il artıq dördüncü dəfədir ki, Dövlət Bayrağı Günü işğaldan azad edilən Azərbaycan torpaqlarında da qeyd olunur. 2023-cü il sentyabrın 19-da üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb. 23 saatdan bir qədər çox davam edən tədbirlər çərçivəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ön xətt və dərinlikdə olan mövqeləri və uzunmüddətli atəş nöqtələri, eləcə də döyüş vasitələri və hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahların tətbiqi ilə sıradan çıxarılıb. Düşmən ağ bayraq qaldıraraq təslim olub.
Bununla da Azərbaycanın bütün ərazilərində Konstitusiya quruluşu bərpa edilib. Hazırda azad edilmiş bütün torpaqlarda bayrağımız dalğalanır.
Previous Article
Next Article
Like
Dislike
Love
Funny
Angry
Sad
Wow
Tural
Admin Jan 1, 2024 0 99
Admin Mar 16, 2024 0 34
Admin Oct 16, 2024 0 103
Tural Sep 4, 2024 0 1246
Admin Mar 21, 2024 0 1320
Admin Jan 5, 2024 0 10915
Tural Jan 11, 2024 0 10840
Admin Dec 11, 2023 0 10811
Tural Apr 27, 2024 0 9012
Admin Apr 28, 2024 0 8946
Admin Apr 12, 2026 0 56
Admin Mar 4, 2026 0 145