Cəlilabadda şəhər 7 nömrəli məktəbdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində qalib elan olunmuş "Gənc Riyaziyyatçılar -Olimiada haxırlığı" layihəsinin açılış tədbiri keçirilmişdir

Cəlilabadda şəhər 7 nömrəli məktəbdə Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində qalib elan olunmuş "Gənc Riyaziyyatçılar -Olimiada haxırlığı" layihəsinin açılış tədbiri  keçirilmişdir

Şagirdlərin həm təhsildə yüksək nəticələr əldə etmələri, həm də vətəndaş olaraq inkişafı üçün təlim məşğələlərinin mümkün qədər əyaniliyə və inteqrativliyə uyğun təşkil edilməsi müasir təlim prosesinin ən mühüm tələblərindəndir. Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Qrant layihələri müsabiqəsinin bu tələblərin həyata keçirilməsində çox böyük rolu vardır. Ak.Z.Əliyeva adına Cəlilabad şəhər 7№li tam orta məktəbin direktor müavini Razzaq Abbasovun Elm və Təhsil Nazirliyinin təşkil etdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsinə təklif etdiyi “Gənc Riyaziyyatçılar –Olimpiada hazırlığı” layihəsi  qalib lahiyələr sırasındadır. Layihə  davam etdiyi 5 ay müddətində Riyaziyyat fənni üzrə olimpiada hazırlığı istiqamətində məşğələlər təşkil olunacaq və layihəyə üçün seçilmiş 20 şagird Respublika Fənn Olimpiadalarına yüksək səviyyədə hazırlaşdırılacaqlar. Layihə üzrə təlim məşğələlərinə artıq start verilmişdir. Layihədə iştirak edən müəllim və texniki işçi heyətinə layihə rəhbəri Razzaq Abbasovun adından təşəkkür edirik, həmçinin şagirdlərimizə yüksək  nailiyyət qazanmalarını  arzu edirik.